"Qarabağ" heyətinə daha bir futbolçu qatıb. Fanat.az rekord.az-a istinadən xəbər verir ki, Avropa Liqasında çıxış edən təmsilçimiz hücum xəttini gücləndirmək üçün İnnosent Emeqaranı transfer edib.
Artıq 25 yaşlı nigeriyalı dünən Bakıya gəlib və klubun Suraxanıdakı bazasında olaraq, rəhbərliklə görüşüb, rəsmi müqaviləyə imza atıb. Sadəcə, hazırda bayram günləri olduğu üçün müqavilənin notariusda təsdiqlənməsi iş günündə reallaşacaq.
Qeyd edək ki, Emeqaranın son iş yeri "Livorno" olub. O, ötən mövsüm A Seriyasında çıxış edən kluba "Siena"dan icarəyə verilib və 30 oyunda 4 qola imza atıb. 25 yaşlı hücumçu əvvəllər İsveçrənin "Sürix" (2-ci komanda), "Vintertur", "Qrasshoppers", Fransanın "Loryan" və İtaliyanın "Siena" klublarında çıxış edib.
Emeqara Nigeriyada doğulsa da, İsveçrə vətəndaşıdı. O, bu ölkənin U-21 (8 oyun, 5 qol) və olimpiya yığması (4 oyun, 1 qol) ilə yanaşı, A millisində də forma geyinib (9 oyun),
Fanat.az