2015/16 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ"la yolları ayrılan futbolçuların adları məlum olub. Fanat.az xəbər verir ki, bu baradə klubun rəsmi saytı məlumat yayıb.
Müqaviləsi başa çatan Vüqar Nadirov, Admir Teli, Leroy Corc, Hacı Əhmədov, Tural İsgəndərov və Muarem Muaremlə yollar ayrılıb. "Qarabağ" adıçəkilən futbolçuların hər birinə komandada çəkdiyi zəhmətə görə öz təşəkkürünü bildirib və gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, Muarem Muarem Türkiyənin "Əskişəhərspor" klubu ilə müqavilə imzalayıb.
Fanat.az