"Qarabağ" 5 oyundan sonra...

"Qarabağ" 5 oyundan sonra...
"Bakı" "Qarabağ"la oyunlardakı uğursuz seriyaya son qoyub. Fanat.az xəbər verir ki, paytaxtın eyni adlı təmsilçisi Qurban Qurbanovun komandası üzərində 5 oyundan sonra qələbə qazanıb.
Bu gün baş tutan oyunda bakılılar 2:1 hesablı qələbə qazanıb. "Bakı" bu rəqibini sonuncu dəfə 2012-ci ilin 22 aprelində səfərdə yenmişdi - 2:1. Ondan sonra baş tutan 5 oyundan 3-də "Qarabağ" qələbə qazanmış, 2-də isə qalib müəyyənləşməmişdi.
"Bakı"nın "Qarabağ"a qarşı ev oyunlarındakı qələbəsizlik seriyasına da son qoyub. Belə ki, paytaxt təmsilçisi doğma meydanda Ağdam klubunu sonuncu dəfə 2010-cu ilin 13 noyabrında məğlub etmişdi - 2:0. Ondan sonra baş tutan 5 ev qarşılaşmasında "Qarabağ" 3 qələbə qazanmış, 2 oyun heç-heçə bitmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər