"Qarabağ" 5-ci liqa klubunu uda bilmədi

"Qarabağ" 5-ci liqa klubunu uda bilmədi
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini Almaniyanın "Vuppertaler" klubu ilə oyunda sınayıb.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Hacı Əhmədovla Riçard Almeyda ağdamlıları hesabda önə keçirsə də, almanlar bərabərliyi təmin edib.
Ötən mövsüm Regionalliqanın Qərb zonasında mübarizə aparan "Vuppertal" 15-ci pilləni tutmaqla Oberliqaya (5-ci liqa) düşüb. "Qarabağ"ın rəqibi ilk dövrəni Oberliqanın 4-cü pilləsində başa vurub. Klub 1954-cü ildə yaradılıb və indiyədək ən yaxşı halda III Bundesliqada çıxış edib (2008-2010). Heyətində Polşa və Latviyadan iki legioner olan "Vuppertal"a Peter Radoyevski başçılıq edir.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Antalyada Buxarest "Dinamo"sunu (Rumıniya) udub (1:0), Albaniyanın "Flamurtari" klubuna ududuzb (1:2).
Yoxlama oyunu
23 yanvar 
Qarabağ (Azərbaycan) - Vuppertaler (Almaniya) 2:2
Qollar: Hacı Əhmədov, 22. Riçard Almeyda, 27.
Qarabağ: Fərhad Vəliyev, İlqar Qurbanov, Eltun Yaqublu, Hacı Əhmədov, Təmkin Xəlilzadə, Riçard Almeyda, Tural İsgəndərov, Qara Qarayev, Çumbinyo, Muarem Muarem, Ulriş Kapolonqo.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər