"Qarabağ"ın avrokuboklardakı oyunlarında məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Fanat.az xəbər verir ki, Ağdam klubu bu mövsüm evdə ilk dəfə məğlubiyyət acısı yaşayıb.
2014/15 mövsümündə öz meydanında keçirdiyi 4 qarşılaşmada uduzmayan ağdamlılar 5-ci matçda “ilişib”. 1:2 hesabı ilə uduzan “Qarabağ” bunadək Çempionlar Liqasında “Valletta”nı (Malta) 4:0, “Zalsburq”u (Avstriya) 2:1 hesabı ilə məğlub etmiş, Avropa Liqasında “Tvente” (Hollandiya) və “Sent-Etyen”lə (Fransa) qolsuz heç-heçəyə nail olmuşdu. "Dnepr"ə 1:2 hesablı yenilgi bu seriyanın sonu olub.
“Qarabağ” son ev məğlubiyyətini ötən mövsüm almışdı. Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Ayntraxt” klubu ilə 2013-cü il avqustun 22-də baş tutan oyunda Qurban Qurbanovun yetirmələri 0:2 hesablı məğlubiyyətə üzülmüqşdü. Beləliklə Qurban Qurbanovun yetirmələri 441 gündən sonra evdə yenilgi üzü görüb.
Fanat.az