"Qarabağ" 3 pillə irəlilədi

"Qarabağ" 3 pillə irəlilədi
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) dünya klublarının fevral ayı üçün reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, fevral ayı üçün açıqlanan 200 klubun yer aldığı siyahıda Azərbaycanın bir təmsilçisi var. 
Belə ki, ötən aylarda olduğu kimi yenə ən yaxşılar arasında "Qarabağ"ın adını görürük. Ağdam klubu ötən ayla müqayisədə 3 pillə irəlilyərək 110-cu yerdə qərarlaşıb. Aktivində 123,50 xal olan "Qarabağ" Malinin "Stade Malien de Bamako" klubu ilə eyni göstəricilərə sahibdi.
Siyahının ilk iki pilləsində dəyişiklik olmayıb. Belə ki, "Bavariya" 1-ci (370,00), "Real" 2-ci (301,00) pillədəki yerini qoruyub. "Barselona" 2 pillə irəliləyərək 3-cü yerə yüksəlib (267,00). "Çelsi" (262,00) və "Atletiko" (239,00) 1 pillə geriləyərək müvafiq olaraq 4-5-ci yerlərə düşüblər. İlk "onluq"da həmçinin Braziliyanın "Atletiko Mineyro", İsveçrənin "Bazel", Kolumbiyanın "Independiente", İtaliyanın "Fiorentina" və Almaniyanın "Borussiya" (Dortmund) klubları yer alıb.
Ruslan Abışovun çıxış etdiyi "Rubin" 6 pillə geriləyib. Kazan klubu 217,50 xalla 16-cı olub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər