"Qarabağ" 22 ildən sonra...

"Qarabağ" 22 ildən sonra...
Azərbaycan Kubokunun finalında "Neftçi"ni yenən "Qarabağ" mövsümü "qızıl dubl"la başa vurub. Fanat.az хəbər verir ki, Ağdam klubu bu uğurunu 22 ildən sonra təkrarlayıb.
Belə ki, "Qarabağ" ilk dəfə 1993-cü ildə həm çempionatın, həm də kubokun qalibi olmuşdu. Həmin mövsüm çempionatda Sumqayıt "Xəzər"ini və "Turan"ı qabaqlayaraq qızıl medallara sahib çıхan ağdamlılar kubokun finalında Sabirabad "İnşaatçı"sını yenmişdi (1:0).
Qeyd edək ki, bundan əvvəl "Neftçi" 3 (1995/96, 2003/04, 2012/13), "Kəpəz" (1997/98) və "Xəzər Lənkəran" (2006/07) bir dəfə "qızıl dubl" edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər