Artıq 2013-cü il geridə qalmaq üzrədi. Hər olduğu kimi "Qarabağ" ilin ən yaxşılarını seçib. Fanat.az xəbər verir ki, ənənəvi sorğuya klubun idari, texniki və inzibati heyəti qatılıb.
Bu səsvermə standardlardan bir qədər fərqlənib. Belə ki, 2013-də meydana çıxan 20 futbolçunun seçilmə imkanı olub (2013-ün ilk yarısında "Qarabağ"da çıxış edənlər səsverməyə daxil edilməyib). Öncədən müəyyənləşmiş 20 futbolçu 20 ballıq şkalayla qiymətləndirilib. Yəni, 20-ə qədər xal 20 futbolçu arasında paylaşdırılıb.
Klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alınıb. Maraqlıdı ki, ötən illərə müqayisədə bu dəfə qalib böyük fərqlə qələbə qazanıb. Gözlənildiyi kimi "Qarabağ"ın braziliyalı forvardı Reynaldo klub çalışanlarının rəğbətini qazanaraq ilin ən yaxşısı seçilib. Rekord səslə birinci olan 24 yaşlı hücumçu 1 isitisnayla hərkəsdən maksimum xal alıb.
Reynaldo "Qarabağ"a bu ilin əvvəlində qoşulub. "Anderlext"dən transfer edilən ön xətt oyunçusu ilin ilk yarısında cəmi 2 qol vursa da, həm kubok, həm də çempionatda hücum xəttində effektliliyi ilə komandaya böyük fayda vermişdi. Bu mövsüm isə fırtına kimi başlayan Reynaldo avrokuboklarda 5, Premyer Liqada 7, kubokda isə "Qarabağ"ın 1/4 finala yüksəlməsinə səbəb olan yeganə qola imza atıb.
Beləliklə, Reynaldo 2008-ci ildən keçirilən sorğuda Admir Telidən sonra il sonunda klub çalışanlarının rəğbətini qazanan ikinci cnəbi olub.
2-ci və 3-cü yerlər arasında isə ciddi mübarizə qeydə alınıb. Ötən il 3-cü olan Riçard Almeyda 2-ciliyi sadəcə 2 xalla Rəşad Sadıqovu qabaqlamaqla əldə edib. İlk 5-liyi isə ötən ilin qalibi Vüqar Nadirovla Qara Qarayev tamamlayıb.
2008 - Maksim Medvedev
2009 - Vaqif Cavadov
2010 - Rauf Əliyev
2011 - Admir Teli
2012 - Vüqar Nadirov
Fanat.az