"Qarabağ" Danilo Dias, Tərlan Quliyev və Cavid Tağıyevdən sonra daha iki gənc futbolçunu heyətinə qatıb. Fanat.az xəbər verir ki, Ağdam klubu "Bakı"nın yetirmələri - Şəhriyar Əliyev və Namiq Ələsgərovla müqavilə bağlayıb.
1992-ci il təvəllüdlü Şəhriyar sağ cinah müdafiəçisi, 1995-ci il təvəllüdlü Namiq isə hücumçudu. Hər iki futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Şəhriyar ötən mövsüm "Bakı"nın əsas heyətində 10 oyun keçirib və 659 dəqiqə oynayıb. Namiq isə meydana çıxdığı 17 oyunda 727 dəqiqə oynamaq şansı qazanıb və 2 qol vurub.
Fanat.az