"Qarabağ" 150-yə çatdı

"Qarabağ" 150-yə çatdı

“Qarabağ” Azərbaycan çempionatlarında 150-ci böyükhesablı qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, yubiley Misli Premyer Liqasının 11-ci turuna təsadüf edib.

Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “Qarabağ” ən çox böyükhesablı qələbə qazanan komandadır.

Qeyd edək ki, ağdamlıların ilk belə qalibiyyəti 1992-ci il mövsümünə təsadüf edib. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər