Avstriyada yaşayan azərbaycanlılar tərəfindən yaradılmış "Qarabağ Vyana" yeni mövsümə start verib. Fanat.az xəbər verir ki, komanda Vyananın "Oberliqa A" çempionatında ilk oyununu keçirib.
"Qarabağ Vyana"nın rəqibi "Vinerfeld" olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Komanda növbəti oyununu sentyabrın 6-da öz meydanında "Alt Ottakrinq"ə qarşı keçirəcək.
Fanat.az