"Qalatasaray" "Real Madrid"in ulduzunu alır

"Qalatasaray" "Real Madrid"in ulduzunu alır

Türkiyə Super Liqasında çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” transfer pəncərəsinin son günlərində heyətini gücləndirmək istəyir.

Fanat.Az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu “Real Madrid”in 23 yaşlı fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etmək üçün hərəkətə keçib.

Məlumata görə, “Qalatasaray” bu keçid üçün İspaniya klubuna 35 milyon avro təklif etməyə hazırdır.

”Sarı-qırmızılılar” “Real Madrid”in transfer məbləğində güzəştə getməsinə ümid edir və danışıqları pəncərənin sonunadək davam etdirməyi planlaşdırır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər