"PSJ-ni yenə biləcəyimizə inanırıq" - Vensan Kompani

"PSJ-ni yenə biləcəyimizə inanırıq" - Vensan Kompani

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda 4:5 hesabı ilə uduzduğu PSJ-ni qəbul edəcək "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani cavab qarşılaşması ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Bayern & Germany" belə çatdırıb:

"Onlar son iki ildə Avropanın ən güclü komandası olublar, Çempionlar Liqasının qalibi adını qazanıblar. Keyfiyyət və məşqçi işindən başqa, komandanın orta yaş həddi də onların tərəfində olan məqamdır. PSJ daim inkişafdadır. Hər zaman öyrənirlər. Bu komandaya qarşı oynamaq çətindir. Rəqibə hörmətlə yanaşırıq. Amma daha çox özümüz haqda düşünür və PSJ-ni yenə biləcəyimizə inanırıq".

Bu cütün qalibi mayın 30-da Budapeştdə baş tutacaq finalda "Arsenal"la üz-üzə gələcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər