"PSJ kimi komanda ikinci hissəyə belə başlamalı deyildi" - Əşrəf Hakimi

"PSJ kimi komanda ikinci hissəyə belə başlamalı deyildi" - Əşrəf Hakimi

UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində Parisdə 3:1 hesabı ilə məğlub etdiyi "Aston Villa"ya dünən Birmingemdə keçirilən matçda uduzaraq (2:3) yarımfinala yüksələn PSJ-nin müdafiəçisi Əşrəf Hakimi fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, komandasının ilk qolunu vuran mərakeşli futbolçunun sözlərini "Le Parisien" belə çatdırıb:

"Çempionlar Liqasının qalibi olmağı hədəfləyən kollektiv, PSJ kimi komanda ikinci yarıya belə başlamalı deyildi. Biz daha yaxşı olmalıyıq. Məncə, "Aston Villa" ilə görüş bizə bu yöndə kömək edə bilər. Səhvlərimizdən nəticə çıxarmalıyıq".

Xatırladaq ki, İngiltərədəki qarşılaşmada 2 top fərqi ilə önə keçən PSJ sonradan 3 qol buraxaraq uduzub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər