"Nyukasl"ın "Qarabağ" azarkeşlərinə neçə bilet ayırdığı bilindi

"Nyukasl"ın "Qarabağ" azarkeşlərinə neçə bilet ayırdığı bilindi

İngiltərənin "Nyukasl" klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün "Qarabağ"a neçə bilet ayırdığı müəyyənləşib.

Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

"Sağsağanlar" Azərbaycan çempionu üçün 2466 bilet ayırıb. Azərbaycanlı azarkeşlər üçün səfər biletləri bu gün, saat 15:00-da iTicket.az saytında satışa çıxarılacaq.

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər