"Nyukasl"ın 3 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq - ADLAR

"Nyukasl"ın 3 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq - ADLAR

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"la cavab matçına çıxacaq "Nyukasl"ın zədəli futbolçularının adları bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı "sağsağanlar"ın mətbuat xidməti yayıb.

Bruno Gimarayeş, Tino Livramento və Emil Kraftın Azərbaycan çempionu ilə görüşü kənardan izləyəcəkləri bildirilib.

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçının start fiti Bakı vaxtı ilə saat 00:00-da səsləndiriləcək. Bakıda keçirilən ilk görüşdə "Qarabağ" İngiltərə təmsilçisinə 1:6 hesabı ilə yenilib.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər