“Rudar”ın baş məşqçisi Mirko Mariç "Qarabağ"ıla oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Çernoqoriya klubunun çalışdırıcısı Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutuan oyundan sonra bunları deyib:
"Normal oyun keçdi. Komandamdan razı qaldım. Futbolçularımı təbrik edirəm. Tapşırıqlarımın hamısını yerinə yetirdilər. Oyundan çox razıyam. Bilirik ki, rəqib yaxşı komandadı. Növbəti matçın favoriti də “Qarabağ”dı.
Səfər oyununda 0:0 hesablı heç-heçə yaxşı nəticədi. Hər şeyə cavab oyununda aydınlıq gələcək. Favorit yenə də "Qarabağ"dı. Hər iki komandanın mərhələ adlamaq şansı var. Amma "Qarabağ" Çernoqoriyada bir qol vursa, bizə çətin olacaq. Ancaq biz də qol vura bilərik.
Fanat.az