"Napoli"nin yeni transferi silahlı hücuma məruz qaldı

"Napoli"nin yeni transferi silahlı hücuma məruz qaldı

"Napoli"nin vingeri David Neres şənbə günü A Seriyasının 3-cü turu çərçivəsində "Parma" ilə ev oyunundan (2:1) sonra qarət edilib.

Fanat.Az xəbər verir ki, məlumatı "Calciomercato" yayıb  

Bildirilir ki, 27 yaşlı braziliyalı həyat yoldaşı və qızı ilə birlikdə avtomobillə stadiondan çıxarkən motosikletdə olan iki silahlı şəxs onları saxlayıb. Onlar avtomobilin şüşəsini sındıraraq Neresin bahalı "Rolex" saatını qarət ediblər.

"Napoli" Neresi bu yay "Benfika"dan 28 milyon avroya alınıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər