"Napoli"nin ulduzu silahlı hücuma məruz qaldı

"Napoli"nin ulduzu silahlı hücuma məruz qaldı

"Napoli"nin yeni transferi David Neres silahlı hücuma məruz qalıb.

Fanat.Az xəbər verir ki, bunu yarımmüdafiəçinin həyat yoldaşı sosial şəbəkə hesabında açıqlayıb.

Hadisə Neapol təmsilçisinin A Seriyasının 3-cü turunda "Parma"nı evdə məğlub etdiyi  (2:1) matçdan sonra yaşanıb. Neres şəxsi avtomobili ilə evə qayıdarkən saxlanılıb və bahalı saatı əlindən alınıb.

Qeyd edək ki, sözügedən oyunçu ötən ay "Napoli"yə keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər