"Napoli"nin futbolçusu "Everton"da - RƏSMİ

"Napoli"nin futbolçusu "Everton"da - RƏSMİ

İngiltərənin "Everton" klubu sıralarına yeni futbolçu cəlb edib.

Fanat.Az Liverpul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Yesper Lindström "Napoli"dən icarəyə götürülüb.

"Everton" gələn yay danimarkalı futbolçunu daimi əsasda transfer etmək hüququna malikdir.

24 yaşlı Lindström "Bröndbü"nün yetirməsidir. "Napoli" onu 2023-cü ildə "Ayntraxt"dan transfer edib. Neapol təmsilçisinin heyətində 29 matça çıxan Yesper məhsuldar göstəricilərlə yadda qalmayıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər