"Napoli"dən daha bir transfer - RƏSMİ

"Napoli"dən daha bir transfer - RƏSMİ

Son İtaliya çempionu "Napoli" rəsmi saytı vasitəsi ilə daha bir transferini açıqlayıb.

Fanat.Az xəbər verir ki, Neapol təmsilçisi "Bolonya"nın niderlandlı müdafiəçisi Sem Byokemanı sıralarına cəlb edib.

Sözügedən futbolçu müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. 

Daha öncə "Qou Ehed İqls" və "AZ Alkmar"da oynamış 26 yaşlı Byokema 2023-cü ildən uğurları üçün çalışdığı "Bolonya"da 80 matça çıxaraq 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı arxa xətt oyunçusunun transfer qiymətini 28 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər