"Napoli" Xviçaya yeni müqavilə təklif etdi - Razılaşsa, ilinə bu qədər qazanacaq

"Napoli" Xviçaya yeni müqavilə təklif etdi - Razılaşsa, ilinə bu qədər qazanacaq

"Napoli" klubunun rəhbərliyi gürcüstanlı ulduz yarımmüdafiəçi Xviça Kvaratsxeliya ilə yeni müqavilə istiqamətndə danışıqları davam etdirir. 

Fanat.Az xəbər verir ki, neapollular 23 yaşlı vingerə illik 6 milyon avro maaşla yeni müqavilə təklif ediblər.

Məlumatı insayder Ekrem Konur yayıb. Mənbənin məlumatına görə, yeni müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. 

Bununla belə, tərəflər hələ də kompensasiyanın məbləği ilə bağlı razılığa gələ bilmirlər. "Napoli" 100 milyon avroluq təzminat bəndində israrlıdır. 

Xatırladaq ki, Xviça Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində İtaliya çempionatında 16 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər