"Mançester Yunayted"dən gəldiyi gündən "Napoli" azarkeşlərinin sevimlisinə çevrilən Skott Maktominey klubda qalacaq.
Fanat.Az xəbər verir ki, İtaliya klubu şotlandiyalı yarımmüdafiəçinin müqaviləsini Dünya Çempionatından əvvəl uzatmaq niyyətindədir.
29 yaşlı futbolçu komandanın mərkəzindəki performansı ilə qısa müddətdə əvəzedilməz oyunçuya çevrilib.
Maktomineyin də Neapoldakı həyatından məmnun olduğu və uzunmüddətli əməkdaşlığa hazır olduğu bildirilir. Bu addımla "Napoli" gələcək transfer təkliflərinin qarşısını almağı planlaşdırır.