"Napoli" Osimheni ərəblərə satır - Maaşı açıqlandı

"Napoli" Osimheni ərəblərə satır - Maaşı açıqlandı

"Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Neapol təmsilçisi nigeriyalı forvardın xidmətində maraqlı olan "Əl-Əhli" ilə razılığa gəlib. Mənbə ərəblərin bu keçid üçün İtaliya klubuna 75-80 milyon avro ödəyəcəyini vurğulayıb. Sözügedən oyunçunun "Əl-Əhli"də keçirəcəyi hər mövsüm üçün 25-30 milyon avro maaş alacağı bildirilib.

Qeyd edək ki, ötən mövsüm A Seriyasında 25 matça çıxan Viktor 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 25 yaşlı futbolçunun transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər