"Napoli" ərəblərlə razılığa gəldi - SON DURUM

"Napoli" ərəblərlə razılığa gəldi - SON DURUM

"Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, neapollular və "Əl-Əhli" klubu futbolçunun 65 milyon avroya transferi ilə bağlı böyük ölçüdə razılığa gəliblər. 

Hazırda nigeriyalı ilə heç bir razılaşma yoxdur. O, yüksək məbləğdə maaş istəyir, həm də müqaviləyə kompensasiya bəndinin salınması üçün əsas tələbi irəli sürür. Bununla belə, ərəblərin futbolçu ilə razılığa gələ biləcəyi qeyd olunub.

Osimhen ötən mövsüm bütün turnirlərdə 32 matça çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər