"Mövsümə uğurlu nəticə ilə başlamaq istəyirik" - "Turan Tovuz"un müdafiəçisi

"Mövsümə uğurlu nəticə ilə başlamaq istəyirik" - "Turan Tovuz"un müdafiəçisi

Misli Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək. 1-ci turun ilk qarşılaşması Tovuzda baş tutacaq. Qərb təmsilçisi "Qəbələ"ni qəbul edəcək. "Boz qurdlar"ın müdafiəçisi Faiq Hacıyevlə əlaqə saxlayıb "doğma divarlar arası"ndakı matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Mövsümün ilk oyunları həmişə çətin keçir. Əlbəttə ki, birinci matça öz azarkeşlərimiz qarşısında çıxmaq xoşdur. Yaxşı təlim-məşq toplanışı keçmişik. Çempionata lazımi səviyyədə hazırlaşdığımızı düşünürəm. Mövsümə uğurlu nəticə ilə başlamaq istəyirik. İstəyimizə çatmaq üçün bacardığımızı edəcəyik".

Xatırladaq ki, "Turan Tovuz" - "Qəbələ" görüşü 19:30-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər