"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

"Milan" rəhbərliyi qışda "Mançester Siti"dən icarəyə götürdüyü cinah müdafiəçisi Kayl Uokerlə bağlı qərarını verib.

Fanat.Az-ın "Calciomercato"ya istinadən məlumatına görə, İtaliya nəhənginin bossları 34 yaşlı futbolçunun komandada qalmasını istəmirlər.

Başqa sözlə, "qırmızı-qaralar" Uokerin icarə müqaviləsində nəzərdə tutulan 5 milyon avronu ödəmək niyyətində deyillər. 20 yaşlı müdafiəçi Alexandro Ximenesin inkişaf etməsi italiyalıların belə qənaətə gəlməsini şərtləndirən əsas amildir. 

Qeyd edək ki, yanvardan bəri "Milan" forması ilə 15 matça çıxan Kayl məhsuldar göstəricilərlə yadda qalmayıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər