"Mançester Siti"nin yarımmüdafiəçisi İspaniya nəhənginə keçə bilər

"Mançester Siti"nin yarımmüdafiəçisi İspaniya nəhənginə keçə bilər

"Mançester Siti"nin mərkəz yarımüdafiəçisi Mateus Nunes karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.

Xəbərə görə, onun xidmətində "Atletiko Madrid" maraqlıdır.  Mənbə paytaxt təmsilçisinin Nunesi 1 illik icarəyə götürmək istədiyini vurğulayıb.

Qeyd edək ki, sözügedən oyunçu Mançester klubuna 2023-cü ilin payızında, 53 milyon avro qarşılığında "Vulverhempton"dan transfer olunub. Mateus ötən mövsüm İngiltərə Premyer Liqasında 17 matça çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər