"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden karyerasını Almaniyada davam etdirməyə yaxındır. Fanat.Az xəbər verir ki, o, Bundesliqa nəhəngi "Bayern Münhen"in maraq dairəsindədir. "TEAMtalk"-ın məlumatına görə, maliyyə feyr-pleyinə görə cəzalanmaq riski ilə üzləşən "Mançester Siti"nin durumu Fodenin almanların transfer hədəfinə çevrilməsinə şərait yaradıb. "Bayern" 26 yaşlı futbolçunu əldə etmək üçün təklif hazırlayır. "Siti"nin yetirməsi bu mövsüm az şans qazanıb. O, bütün yarışlarda cəmi iki oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Fodenin "Mançester Siti" ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. "Transfermarkt" mütəxəssisləri onu 70 milyon avro dəyərində qiymətləndirirlər. Mirağa
"Mançester Siti"nin ulduzu Almaniya nəhənginə keçə bilər - SON DURUM
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:09
24.11.2026
"Zəngəzur" yenə qol vurmadan ağır yenilgi ilə üzləşdi
Azərbaycan futbolu
17:46
24.11.2026
Saliba "Sabah"a qarşı oynamayacaq
Azərbaycan futbolu
16:51
24.11.2026
Yusif Nəbiyev turun mərkəzi qarşılaşmasında komandasına kömək edəcəkmi? - Açıqlandı
Azərbaycan futbolu
16:33
24.11.2026
Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursuna start verildi