"Mançester Siti"nin sabiq ulduzu klubsuz qaldı

"Mançester Siti"nin sabiq ulduzu klubsuz qaldı

Fernandinyo artıq "Atletiko Paranaense"nin oyunçusu deyil. 

Fanat.Az xəbər verir ki, Braziliya təmsilçisi 39 yaşlı futbolçudan ayrıldığını açıqlayıb. 

Onun klubla müqaviləsinin müddəti başa çatdı və tərəflər anlaşmanı yeniləməyiblər.  Beləliklə, yarımmüdafiəçi azad agent statusu alıb. Onun gələcəyi hələlik məlum deyil. 

"Mançester Siti"nin sabiq futbolçusu Braziliya çempionatının son mövsümündə 25 oyuna çıxıb və 2 qol, 3 məhsuldar ötürmə ilə diqqət çəkib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər