"Mançester Siti"nin dayaq yarımmüdafiəçisi Rodri 6 ay futbol oynaya bilməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 28 yaşlı yarımmüdafiəçinin dizinin xaçvari bağları qopub. Mənbə orta xətt oyunçusunun İngiltərə Premyer Liqasının V turunda "Arsenal"a (2:2) qarşı keçirdikləri matçda sıradan çıxdığını vurğulayıb.
Xatırladaq ki, Rodri İspaniya millisinin heyətində AÇ-2024-ün qalibi olub.
Nihat