"Mançester Siti"nin nümayəndələri "Real"ın ulduzunun atası ilə görüşdülər

"Mançester Siti"nin nümayəndələri "Real"ın ulduzunun atası ilə görüşdülər

"Real Madrid"in cinah hücumçusu Rodriqo Qoesin atası "Mançester Siti"nin nümayəndələri ilə görüşüb.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Chiringuito" yayıb.

Xəbərə görə, tərəflər bir neçə həftə öncə bir araya gəliblər. MS-in Rodriqoya "Real"da aldığından daha çox maaş ödəməyə hazır olduğu bildirilib. Bundan başqa, görüş zamanı braziliyalı futbolçunu İngiltərə komandasında sevimli mövqeyində oynayacağına da təminat verilib.

Cari mövsüm bütün turnirlərdə 41 matça çıxan Rodriqo 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı cənubi amerikalının transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər