"Mançester Siti"nin hücumçusu klubunu dəyişdi

"Mançester Siti"nin hücumçusu klubunu dəyişdi

İngiltərəli hücumçu Liam Delap "Mançester Siti"ni tərk edib.

Fanat.Az İgiltərə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı forvard "İpsviç"ə keçib.

Onunla müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. "Transfermarkt" portalı keçidi 17,85 milyon avro ilə qiymətləndirib.

Delap ötən mövsüm icarə əsasında “Hall Siti”nin formasını geyinib. O, 31 çempionat matçında 8 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən oyunçu “Mançester Siti”nin heyətində cəmi 6 oyuna çıxıb və 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər