"Mançester Siti" Xulian Alvaresə əvəzləyici tapdı - İslandiyada

"Mançester Siti" Xulian Alvaresə əvəzləyici tapdı - İslandiyada

“Mançester Siti” gözünü “Kopenhagen”in və İslandiya millisinin hücumçusu Orri Ouskarssona dikib.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb. 

Mənbənin məlumatına görə, "şəhərlilər" 19 yaşlı vunderkindi "Atletiko Madrid"ə gedən Xulian Alvaresin əvəzləyicisi kimi görür. 

"Transfermarkt" gənc futbolçunun dəyərini 5 milyon avro qiymətləndirir.

Ouskarsson bu ilin martında Çempionlar Liqasının 1/8 finalında MS ilə səfər matçında (1:3) məhsuldar ötürmə edib. Ümumilikdə, islandiyalı 2023/24 mövsümündə bütün yarışlarda 41 matça çıxaraq 15 qol vurub və 8 assistlə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər