"Mançester Siti" Uokerə potensial əvəzləyici tapdı

"Mançester Siti" Uokerə potensial əvəzləyici tapdı

Qeyri-sabit çıxışla diqqət çəkən və gələn il heyəti gücləndirməyi hədəfləyən "Mançester Siti" müdafiəçisi Kayl Uokerə də potensial əvəzləyici tapıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.

Məlumata görə, bu, "Nottingem Forest"in futbolçusu Ola Aynadır. Mənbə Olanın müdafiənin hər iki cinahında oynamaq məharətini "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolanın çox bəyəndiyini diqqətə çatdırıb. "Meşəbəyilər"lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq futbolçunun gələn aydan MS ilə danışıqlara başlaya biləcəyi xatırladılıb. Mançester təmsilçisinin sözügedən futbolçunu 2025-ci ilin yayında azad agent qismində rənglərinə bağlamağı hədəflədiyi bildirilib.

Cari mövsüm İngiltərə Premyer Liqasında 18 matça çıxan Ayna 2 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər