"Mançester Siti" klubu müdafiəçisi Yoşko Qvardiol ilə yeni müqavilə imzalamağa hazırdır.
Fanat.Az xəbər verir ki, xorvatiyalı futbolçu ilə 2028-ci ildə başa çatacaq hazırkı müqavilə yenilənəcək.
"Daily Star"-ın məlumatına görə, "şəhərlilər" futbolçuya maaşında artım olmaqla, 2030-cu ilə qədər müddətə yeni anlaşma təklif edəcək. Beləliklə, "şəhərlilər"in rəhbərliyi xüsusilə son vaxtlar parlaq çıxışı ilə diqqət çəkən 22 yaşlı futbolçunu mükafatlandırmaq niyyətindədir. Qvardiolun təklifi məmnuniyyətlə qəbul edəcəyi gözlənilir.
Yoşko Qvardiol ötən ilin avqustunda Almaniyanın "Leypsiq" klubundan "Mançester Siti"yə keçib. Transferin dəyəri 90 milyon avro olub.
Müdafiəçi bu mövsüm Pep Qvardiolanın komandasında 14 oyuna çıxıb, 2 qol vurub.
Mirağa