"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

İngiltərənin "Mançester Siti" klubu "Yuvenstus"un iki futbolçusunu sıralarına cəlb etməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.

Xəbərə görə, bunlar 25 yaşlı sol cinah müdafiəçisi Andrea Kambyazo və 27 yaşlı qapıçı Mikele Di Qreqoriodur. Mənbə Kambyazonun "şəhərlilər"ə 70, Di Qriqorionun isə 30 milyon avroya başa gələ biləcəyini vurğulayıb.

Qeyd edək ki, hər iki futbolçunun Turin klubu ilə müqavilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Kambyazonun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir. Di Qreqorionun təxmini bazar dəyəri isə 18 milyon avrodur.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər