İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill İngiltərə Premyer Liqasının 32-ci turunda "Mançester Siti"nin "Çelsi" üzərində qazandığı 3:0 hesablı qələbədən sonra çempionluq uğrunda mübarizəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Metro" belə çatdırıb:
"Arsenal" gələn bazar "Mançester Siti"yə nə edə biləcəyi haqda düşünməli, həmin matça köklənməlidir. "Topçular" çempionluğu gələn həftə bayram edə bilərlər. Hamı düşünür ki, "Mançester Siti" xal fərqini 3-ə endirəcək, amma sən "Arsenal"sansa, 22 illik fasilədən sonra gələn həftə çempion ola bilərsən. London klubu hər şeyə məhz belə baxmalıdır.
Hə, əlbəttə, "Mançester Siti" qan qoxusu alıb və komandanın bu oyuna hazırlaşması üçün sərbəst həftəsi var. Mançester təmsilçisi "Arsenal"la oyunun nə demək olduğunu çox yaxşı anlayır. "Topçular" MS-in nəfəsini boyunlarının ardında hiss edirlər".
Qeyd edək ki, lider "Arsenal"dan 6 xal geri qalan "Mançester Siti"nin ehtiyatda 1 oyunu var.
Toğrul