"Mançester Siti" Livramento üçün 70 milyonundan keçir

"Mançester Siti" Livramento üçün 70 milyonundan keçir

"Mançester Siti" müdafiə xəttini gücləndirmək üçün "Nyukasl"ın ulduzu Tino Livramento üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "TEAMtalk"un yaydığı məlumata görə, "şəhərlilər" 23 yaşlı cinah müdafiəçisi üçün 70 milyon funt-sterlinq ödəməyə hazırdır ki, bu da bir müdafiəçi üçün dünya rekordu hesab oluna bilər.

"Nyukasl"ın futbolçu ilə 2028-ci ilə qədər olan müqaviləni uzatmaq cəhdləri hələlik nəticəsiz qaldığı üçün transferin baş tutma ehtimalı olduqca yüksəkdir.

Qeyd edək ki, gənc futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında çıxdığı 19 matçda 1 asist etməyi bacarıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər