"Mançester Siti" Kanselunu "Əl-Hilal"a satmağa razılaşdı - MƏBLƏĞ

"Mançester Siti" Kanselunu "Əl-Hilal"a satmağa razılaşdı - MƏBLƏĞ

"Mançester Siti" müdafiəçisi Joau Kanselunu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"a satmağa razılıq verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "City Report" yayıb.

Mənbə tərəflərin qiymət məsələsində ortaq məxrəcə gəldiklərini, ərəblərin qarşı tərəfə azı 35 milyon avro ödəyəcəklərini vurğulayıb.

Qeyd edək ki, "Mançester Siti"yə 2019-cu ilin avqustunda, 65 milyon avro qarşılığında "Yuventus"dan transfer olunan Kanselu ötən mövsümü icarə əsasında "Barselona"da keçirib. Kataloniya komandasında 42 matça çıxan portuqaliyalı 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər