"Mançester Siti" ilə "Real Madrid" çətin rəqiblər idi, amma..." - Arne Slot

"Mançester Siti" ilə "Real Madrid" çətin rəqiblər idi, amma..." - Arne Slot

"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının turnir cədvəlinin 1-ci pilləsində mövqe tutan komandasının çempionluğa əsas namizəd sayıb-saymadığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Dəfələrlə demişəm ki, turnir cədvəlindəki vəziyyətə bir qədər fərqli yanaşırıq. Bilirik ki, qarşıda bizi daha bir çətin həftə gözləyir. "Mançester Siti" və "Real Madrid" çətin rəqiblər idi, amma fikrimcə, "Nyukasl"la oyun da asan olmayacaq. Bundan başqa, hazırda mövsümün ortasıdır. Yaxşı başlmışıq".

Qeyd edək ki, 13 tura 34 xal toplayan "Liverpul" 2-ci pillədəki "Arsenal"ı 9 xal qabaqlayır. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər