"Mançester Siti" Holandsız qaldı - İnsayder son durumu açıqladı

"Mançester Siti" Holandsız qaldı - İnsayder son durumu açıqladı

İngiltərə Kubokunun dünən baş tutan 1/4 final oyununda "Bornmut"u 2:1 hesabı ilə yenərək yarımfinala yüksələn "Mançester Siti"nin matçın gedişində zədələnən hücumçusu Erlinq Holandın son vəziyyəti bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Görüşün 61-ci dəqiqəsində Ömər Marmuşla əvəzlənən və matçdan sonra stadionu qoltuq ağacı ilə tərk edən Erlinqin topuğundan ciddi xəsarət aldığı bildirilib. Mənbə skandinaviyalı futbolçunun ən yaxşı halda, cari mövsümün son turlarında sıraya dönəcəyini vurğulayıb. Hərçənd onun yaya qədər kənarda qalmaq ehtimalının da az olmadığı diqqətə çatdırılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər