"Mançester Siti"nin qapıçısı Ederson Moraes iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, İngiltərə nəhəngi 30 yaşlı qolkiperin xidmətində maraqlı olan "Əl-Nəsr"dən və adı açıqlanmayan daha bir Səudiyyə Ərəbistanı klubundan rəsmi təklif gözləyir. Mənbə Braziliya millisinin "çərçivə" qoruyucusunu satmağı planlaşdıran "şəhərlilər"in bir müddət öncə müqavilə imzaladıqları Ştefan Orteqanın xidmətindən əsas qapıçı qismində faydalanmağı hədəflədiklərini vurğulayıb.
Xatırladaq ki, Ederson 2017-ci ildən "Mançester Siti"nin formasını geyinir. Mançester təmsilçisi sözügedən futbolçunu 40 milyon avro qarşılığında "Benfika"dan alıb. Onun MS ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat