"Mançester Siti" De Bröyne ilə bağlı vacib xəbəri açıqladı

"Mançester Siti" De Bröyne ilə bağlı vacib xəbəri açıqladı

"Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Kevin De Bröyne zədəsini tamamilə sağaldaraq komanda ilə ümumi çalışmalara qoşulub. 

Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 

De Bröyne sentyabr ayında Çempionlar Liqasında "İnter"lə oyun zamanı zədələnmişdi. Zədəyə görə belçikalı yarımmüdafiəçi xəstəxanada bir ay qalıb. 

Yarımmüdafiəçi bu mövsüm “Mançester Siti”nin 6 oyununda iştirak edib. Onun bir qolu və bir məhsuldar ötürməsi var. 

Ulduz futbolçunun bazar dəyəri 45 milyon avrodur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər