"Konte "Napoli" ilə azı ikinci yeri tutacaq"

"Konte "Napoli" ilə azı ikinci yeri tutacaq"

"Yuventus"un sabiq müdafiəçisi Leonardo Bonuççi "Napoli"nin yeni baş məşqçisi Antonio Kontenin perspektivindən danışıb.

Fanat.Az xəbər verir ki,  onun sözlərini "Calciomercato" belə çatdırıb:

"Konte "Napoli" ilə A Seriyasında azı ikinci yeri tutacaq. Ötən mövsüm yaşanan çətinliklərdən sonra Neapol klubu ən yaxşı seçim edib. Onlar dünyanın ən yaxşı mütəxəssislərindən biri ilə müqavilə bağlayıblar. Konte doğru futbol biliklərini aşılamağı bacaran məşqçidir. Biz onunla "Yuventus"da işləmişik". "Napoli"nin güclü və səviyyəli heyəti var və Kontenin özünü yaxşı tərəfdən göstərəcəyinə şübhəm yoxdur".

Xatırladaq ki, son mövsümdə 53 xal toplayan "Napoli" İtaliya çempionatını 10-cu yerdə başa vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər