"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Misli Premyer Liqasının 35-ci turunda "Qarabağ"ın qonağı olacaq "Kəpəz" meydana tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib:

"Heyətdə zədəli futbolçu yoxdur. Qapıçı Rojerio Santos və mərkəz müdafiəçisi Yeqor Xvalko cəzalı olduqları üçün "Qarabağ"a qarşı oynamayacaqlar".

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" qarşılaşması mayın 18-də baş tutacaq. "Azərsun Arena"da reallaşacaq görüşün start fiti 19:00-da səsləndiriləcək. Çempionluğu vaxtından əvvəl təmin edən Ağdam təmsilçisi 83 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıbsa, "Kəpəz" 32 xalla 8-ci yerdədir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər