"Kəpəz"in daha iki rəqibi müəyyənləşdi

"Kəpəz"in daha iki rəqibi müəyyənləşdi

Topaz Premyer Liqasının qış hazırlığı dövründə “Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha iki komandanın adı məlum olub. Fanat.az xəbər verir ki, “sarı-göylər” ilk yoldaşlıq matçını yanvarın 13-də keçirəcək. 

Yevlaxda əvəzedicilərlə birlikdə məşq edən komandanın rəqibi elə ikinci heyət olacaq. Şahin Diniyevin yetirmələrinin əvəzedici heyətlə görüşü saat 16.00-da başlayacaq və Yevlaxdakı təlim-məşq bazasının stadionunda keçiriləcək.

“Kəpəz” Bakı toplanışı çərçivəsində isə “Ağsu” ilə qarşılaşacaq. I divizion təmsilçisi ilə oyun yanvarın 26-da Bakıda olacaq. Hələlik qarşılaşmanın keçirilmə yeri və saatı dəqiqləşməyib.  

Qeyd edək ki, bundan öncə Gəncə klubunun yanvarın 23-də “Neftçi” ilə yoxlama matçında üz-üzə gələcəyi müəyyənləşmişdi.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər