“Kəpəz”in əvəzedici heyəti mövsümün ikinci hissəsinə hazırlığı davam etdirir. Fanat.az xəbər verir ki, Yevlax toplanışını başa vuran sözügedən komanda Gəncədə məşqlərə başlayıb.
Təlim-məşq toplanışı çərçivəsində Azər Məmmədovun yetirmələri yoxlama oyunu da keçirib. Əvəzedicilər “Turan Tovuz”un qonağı olub. Görüşdə tərəflərin səyinə baxmayaraq hesab açılmayıb - 0:0.
I divizion təmsilçisi ilə matçdan sonra komanda üzvlərinə bir günlük istirahət verilib.
Fanat.az