"Kəpəz": "Qarabağ"dan "Qarabağ"adək

"Kəpəz": "Qarabağ"dan "Qarabağ"adək

"Kəpəz"in uğurlu oyunlar seriyasına son qoyulub. Fanat.az xəbər verir ki, Gəncə klubunun seriyası "Qarabağ"la oyunda qırılıb.

"Kəpəz" bu gün Ağdam təmsilçisinə 1:2 hesabı ilə yenilib. Bununla da onların 7 turluq məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.

Maraqlıdı ki, "Kəpəz" sonuncu dəfə məhz "Qarabağ"a uduzmuşdu. Gəncəlilər Premyer Liqanın XIII turunun noyabrın 21-də Bakıda baş tutan oyununda bu rəqibə 0:3 hesabı ilə yenilmişdi. Bir sözlə "Kəpəz" 7 oyundan - 95 gündən sonra məğlubiyyət acısı yaşayıb.

Qeyd edək ki, "Kəpəz" bu müddətdə "İnter" (0:0), "Sumqayıt" (2:2), "Rəvan" (0:0) və "Neftçi" (1:1) ilə "sülh" bağlayıb, "Xəzər Lənkəran" (1:0), "Qəbələ" (3:0) və AZAL-a (2:0) qalib gəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər