"İnter"in üzvü oynadı, sabiq "Qarabağ"lı qol vurdu - VİDEO

"İnter"in üzvü oynadı, sabiq "Qarabağ"lı qol vurdu - VİDEO
Milli komandalar arasında yoxlama oyunları keçirilir. Fanat.az xəbər verir ki, Gürcüstan yığması Tiflisdə Qazaxıstanla qarşılaşıb.
Oyun 1:1 hesabıyla başa çatıb. Gürcüstanın qoluna "Qarabağ"ın sabiq futbolçusu, hazırda Tiflis "Dinamo"sunda çıxış edən Nikolos Gelaşvili imza atıb.
Bakı "İnter"inin futbolçusu Nika Kvekveskiri də matçın iştirakçısı olub. Yarımmüdafiəçi ikinci hissədə meydana çıxıb. 
Qeyd edək ki, Qazaxıstan yığması martın 26-da Antalyada Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəlmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər